Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirildi

0

  • “Azərbaycan
    Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər
    Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
    2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Xocalı Rayon İcra
    Hakimiyyətinin tədbirlər planına əsasən 28 mart 2023-cü il tarixdə "Heydər
    Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirildi.

    Tədbirdə
    rayon icra hakimiyyəti aparatının başçısı Şahmar Usubov, idarə, müəssisə rəhbərləri,
    YAP fəalları, vətəndaş cəmiyyətinin nümayəndələri, ziyalılar, şəhid ailələri və
    qazilər iştirak etdilər.

    Tədbir
    iştirakçıları əvvəlcə qəsəbədə ucaldılan Ulu öndər Heydər Əliyevin abidəsini
    ziyarət edərək dərin ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzdülər.


    Xocalıların
    kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində
    fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət Evində keçirilən tədbirdə əvvəlcə
    Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın
    azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz
    xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Çıxış
    edən Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov,  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
    müdiri Lamiyə Qarayeva, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri
    Vahid Əliyev, rayon ziyalısı Ramiz Qəhrəmanov və digər natiqlər bildirdilər ki,
    Ulu öndər Heydər Əliyevin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimizin
    və müstəqilliyimizin böyük fəlakətdən xilas olmasından, dahi rəhbərin hər zaman
    milli ideologiyanı və azərbaycançlıq məfkurəsini hər şeydən üstün tutmasından,
    dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi
    istiqamətindəki əvəzsiz xidmətlərindən danışıblar. Bildirilib ki, ümummilli
    lider Heydər Əliyev azərbaycançılıq məfkurəsinin, azərbaycançılıq ideyasının
    banisidir. Dahi rəhbərin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq
    ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda,
    bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edir. Ümummilli Liderimizin
    ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin
    siyasətini uğurla davam etdirməsi nəticəsində həmvətənlərimizin birlik və həmrəyliyi
    daha da möhkəmlənib. Azərbaycançılıq ideologiyası Vətən müharibəsi dövründə də
    milli birliyimizin təmin olunmasında əsaslı rol oynadı.

             Tədbirdə
    həmçinin dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş sənədli
    film nümayiş etdirildi.   
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib30 dəfə
    "Heydər Əliyev azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirildi

    Maraqlı gələ bilər
    44
    0
    44
    0
    0
    25
    0